Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
sosial

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək

28-08-2026 16:00 19 Views
IMG

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə taxıl tədarükü həyata keçiriləcək.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 280 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

 

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.

 

Eyni zamanda, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.