Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib
sosial

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib

28-08-2026 15:00 22 Views
IMG

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqust 2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin binasında Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbulunu keçirib.

 

Bu barədə Tvit.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Kəlbəcər və Laçın rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.