Avqustun 28-də doğma yurduna yola salınan köç karvanı Şükürbəyli kəndlinə çatıb.
Tvit.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə köçürülən 86 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.