Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Dünyada milyarderlərin sayı rekord həddə çatıb
sosial

Dünyada milyarderlərin sayı rekord həddə çatıb

28-08-2026 09:00 8 Views
IMG

2025-ci ilin yekunlarına əsasən, dünyada milyarderlərin sayı rekord həddə çataraq 3 795 nəfər olub.

 

Tvit.az xəbər verir ki, bu barədə "Altrata" analitik şirkətinin hesabatında məlumat verilib.

 

Hesabata görə, ötən il milyarderlər klubuna 287 nəfər qoşulub. Son 10 il ərzində isə dünyada milyarderlərin sayı 60%-ə yaxın artıb.

 

Bununla yanaşı, milyarderlərin ümumi sərvəti də rekord həddə çatıb. Belə ki, 2025-ci ildə onların ümumi sərvəti 15.1 trilyon dollar təşkil edib. Bu, 2024-cü illə müqayisədə 12.8% çoxdur.

 

Hazırda bir milyarderin orta sərvəti 4 milyard dollar təşkil edir.