Ravil Tağıyev Yeni Klinikanın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılmasının səbəblərini açıqlayıb.
Tvit.az xəbər verir ki, o, İqtisadiyyat.az-a açıqlamasında Yeni Klinikadaki işindən öz xahişi ilə ayrıldığını deyib.
İşdən ayrılmasına qərar verməsinin iki başlıca səbəbinin olduğunu vurğulayan Ravil Tağıyev bildirib ki, böyük övladı bu ildən ABŞ-ın Florida ştatında ali təhsil almağa başlayır.
Özü isə hələ ötən ilin may ayında “Qrin kart” proqramının qalibi olub. Buna görə də o, bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazıb:
“İyulun 31-də rəhbərlik mənim ərizəmə müsbət cavab verib. Baxmayaraq ki, klinikanın yeni rəhbərliyi də mənim qalmağımı istəyirdi. Təkcə Yeni Klinika deyil, uzun illər dərs dediyim İqtisad Universiteti və son günə gədər işlədiyim Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi də fəaliyyətimi həmişə yüksək qiymətləndirib və hər üç qurumun rəhbərliyindən də çox məmnunam”.
Xatırladaq ki, Ravil Tağıyev dövlət xətti ilə doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlıdır.