Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Mahir Emreli "Rakuv"da növbəti qolunu vurdu
sport

Mahir Emreli "Rakuv"da növbəti qolunu vurdu

21-08-2026 08:00 20 Views
IMG

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.

 

Tvit.az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda komandasının bərabərlik qolunu vurub.

 

Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

 

Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab 1:1-dir.

 

Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü qolu olub.