Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan güləşində möhtəşəm nəticə: İki idmançımız finala yüksəldi
sport

Azərbaycan güləşində möhtəşəm nəticə: İki idmançımız finala yüksəldi

20-08-2026 21:00 25 Views
IMG

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla qarşılaşıb.

 

Rəqibini məğlub edən Qurbanova finala vəsiqə qazanıb.

 

Ruzanna Məmmədova (59 kq) isə eyni mərhələdə macarıstanlı Eda Balaşa ilə üz-üzə gəlib.

 

Təmsilçimiz rəqibini tam üstünlüklə - 11:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Qeyd edək ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.