Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İçməli su xəttində baş vermiş qəza aradan qaldırıldı
sosial

İçməli su xəttində baş vermiş qəza aradan qaldırıldı

19-08-2026 17:00 22 Views
IMG

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində baş vermis qəza 25 dəqiqə ərzində aradan qaldırılıb.

Bu barədə "Tvit.az"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Qeyd edilib ki, adıçəkilən ünvandakı binanın yaxınlığında bu gün saat 08.45-də, diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub.

QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlayıb, saat 09.10-da axıntının qarşısı alınıb.

Bildirilib ki, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.