Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qırmızı və yaşıl almaların faydaları - Həkim müqayisə etdi
sosial

Qırmızı və yaşıl almaların faydaları - Həkim müqayisə etdi

19-08-2026 08:00 10 Views
IMG

Terapevt və diyetoloq Kerolin Nyuberri qırmızı və yaşıl almaların faydalarını müqayisə edib.

 

Tvit.az bildirir ki, o, "USA Today" nəşrinə müsahibəsində bu rəngli meyvələr arasındakı fərqlərdən danışıb.

 

Kerolin Nyuberrinin sözlərinə görə, həm yaşıl, həm də qırmızı almaların tərkibində lif, C vitamini və kalium mövcuddur. Bundan əlavə, onların tərkibində antioksidantlar da var, lakin bu maddələr qabığın rəngindən asılı olaraq orqanizmə fərqli şəkildə təsir göstərir.

 

"Qırmızı almalarda olan antosiyaninlər ürək və beyin sağlamlığı üçün faydalıdır, yaşıl almalardakı xlorofil isə oksidləşdirici stresi azaltmaqla hüceyrələrin sağlamlığını qorumağa kömək edir. Yaşıl almalarda şəkər bir qədər az olduğu üçün onların kalori dəyəri də bir qədər aşağıdır", - deyə Kerolin Nyuberri qeyd edib.

 

Diyetoloq az şəkərli və az karbohidratlı pəhrizə riayət edən insanlara yaşıl almaya üstünlük vermələrini məsləhət görüb. Nyuberri həmçinin almaların qabığını soymamağı tövsiyə edib, çünki lif və antioksidantların bir hissəsi məhz qabıqda olur.