Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Tvit.az metbuat.az-a istinadla xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Əlibala Əhmədov və Vüsal Qasımov saxlanılıb. Onlardan narkotik vasitələr aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


