Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib.
"Tvit.az" xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb.
O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Romik Hüseynov Birinci Qarabağ müharibəsi qazisi olub.


