Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Google Android telefonlarından Assistant-ı sentyabrda siləcək
OTHER

Google Android telefonlarından Assistant-ı sentyabrda siləcək

05-08-2026 21:00 29 Views
IMG

Google Android telefonlarında Google Assistant xidmətinin sentyabr ayından etibarən mərhələli şəkildə ləğv ediləcəyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, şirkətin istifadəçilərə göndərdiyi məlumata görə, proses 4 sentyabr tarixindən başlayacaq. Dəyişiklik Android telefonları, Wear OS ağıllı saatları və Android Auto dəstəkləyən avtomobilləri əhatə edəcək. Yenilənmənin bütün istifadəçilərə çatması isə bir neçə həftə çəkə bilər.

 

Google Assistant tamamilə Gemini süni intellekt modeli ilə əvəz olunacaq. Beləliklə, istifadəçilər klassik səsli köməkçi əvəzinə Gemini əsaslı yeni süni intellekt təcrübəsindən istifadə edəcəklər.

 

Aysel Şirinova