Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb
sosial

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb

31-07-2026 17:00 34 Views
IMG

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb.

Tvit.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" Qərarda əksini tapıb.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib:

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi

- Komissiyanın sədri Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;

- Komissiya sədrinin müavini - Azər Mursaqulov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri;

- Komissiyanın üzvləri:

- Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

- Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini;

- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini;

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

- Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini;

- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini;

- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini;

- Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini;

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;

- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;

- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini;

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini;

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;

- Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

- Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

- Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

- Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

- Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

- Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

- "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini;

- "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini;

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.

Qərarla, eyni zamanda, rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısıda müəyyənləşib:

- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

- Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

- Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti;

- Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.