Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Naxçıvanda qəza olub, xəsarət alanlar var
turizm

Naxçıvanda qəza olub, xəsarət alanlar var

03-07-2026 20:00 17 Views
IMG

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, ağır yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub.

Nəticədə 1995-ci il təvəllüdlü Həsənova Xəyalə Ağa qızı və 1995-ci il təvəllüdlü Tağızadə Hində Etibar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.