Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Hikmət Hacıyev Ceffri Saks ilə görüşdü
sosial

Hikmət Hacıyev Ceffri Saks ilə görüşdü

03-07-2026 13:00 26 Views
IMG

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə tanınmış iqtisadiyyat professoru Ceffri Saks arasında görüş baş tutub.

 

Tvit.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında məlumat verib.

 

Prezidentin köməkçisi qeyd edib ki, görüş zamanı səmərəli və maraqlı fikir mübadiləsi baş tutub.

 

"Tanınmış iqtisadiyyat professoru Ceffri Saksın Bakıya səfəri çərçivəsində onunla səmərəli və maraqlı fikir mübadiləsi baş tutub. Görüş zamanı davamlı inkişaf, geoiqtisadiyyat və geosiyasət, o cümlədən geniş Xəzər hövzəsi konsepsiyası, Azərbaycanın orta güc olaraq güclənən mövqeyi, sülh təşəbbüslərimiz və regional məsuliyyətin vacibliyi kimi mövzular ətrafında danışıqlar aparılıb. Professorun Şərq-Qərb dəhlizi boyunca elektromobillərlə hərəkəti nəzərdə tutan "Marko Polo - Sülh Yürüşü" adlı layihəsi kommunikasiyaların və qarşılıqlı dialoqun genişləndirilməsi istiqamətində təqdirəlayiq bir nümunə kimi qiymətləndirilib", - deyə Hikmət Hacıyev qeyd edib.