Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Jurnalistin oğurlanmış pulları özünə qaytarıldı
sosial

Jurnalistin oğurlanmış pulları özünə qaytarıldı

02-07-2026 23:00 16 Views
IMG

Kiberdələduzların qurbanı olmuş Əməkdar jurnalist Ləman Ələşrəfqızının oğurlanmış 600 manat məbləğində vəsaiti özünə qaytarılıb. 

 

Tvit.az xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib. 

 

"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq", - deyə aparıcı yazıb.

 

Qeyd edək ki, Ləman Ələşrəfqızı bu pulu kiberdələduzlar tərəfindən teleqram nömrələri ələ keçirilmiş Ümid Partiyasının sədri İqbal Ağazadənin adından edilən saxta müraciətlərə aldanaraq onun hesabına köçürmüşdü.