Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Atletiko Madrid" "Real Madrid"in 150 milyon avroluq təklifinə cavab verdi
sport

"Atletiko Madrid" "Real Madrid"in 150 milyon avroluq təklifinə cavab verdi

10-06-2026 13:00 18 Views
IMG

"Atletiko Madrid" rəhbərliyi Xulian Alvaresin transferi ilə bağlı "Real Madrid"in irəli sürdüyü 150 milyon avroluq nəhəng təklifi rədd edib.

 

Tvit.az xəbər verir ki, "Kral klubu" argentinalı ulduz futbolçunu bu böyük məbləğ müqabilində heyətinə qatmaq qərarına gəlsə də, "Atletiko Madrid" əzəli rəqibinin cəlbedici təklifini geri çevirib.

 

Qeyd edək ki, 26 yaşlı Xulian Alvares Argentina yığmasının formasını geyindiyi 51 matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İstedadlı hücumçu milli komandası ilə bərabər 2022-ci ildə dünya çempionu adını qazanıb, həmçinin iki dəfə Amerika Kubokunun (2021, 2024) və Finalissimanın (2022) qalibi olub.

 

Geridə qalan mövsümdə isə Alvares "Atletiko Madrid"in heyətində meydana çıxdığı 49 qarşılaşmada rəqib qapılarından 20 top keçirib və 9 qol ötürməsi ilə komandasının uğurlarında pay sahibi olub.


Xatırladaq ki, argentinalı hücumçuya olan maraq yalnız "Real"la məhdudlaşmır. Daha əvvəl "Barselona" da ulduz futbolçunu transfer etmək məqsədilə paytaxt təmsilçisinə 100 milyon avroluq rəsmi təklif göndərmiş, lakin "Atletiko Madrid" rəhbərliyi bu istəyə də mənfi cavab vermişdi.