Macarıstan Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməyə qərar verib.
Tvit.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Pyotr Magyar yazıb.
"Hökumət Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyətini geri götürür və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyur," Magyar qeyd edib.
Magyar hökumətin qərarlarının səbəbləri barədə ətraflı məlumat verməyib.
Aysel Şirinova