Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Kubanıçbek Omuralıyev İlham Əliyevə təbrik məktubu göndərdi
siyasət

Kubanıçbek Omuralıyev İlham Əliyevə təbrik məktubu göndərdi

22-05-2026 16:00 51 Views
IMG

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Tvit.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:


"Möhtərəm cənab Prezident.

 

İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.

 

Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.

 

Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.


Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.

 

Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası daha da güclənəcək.

 

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".