Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədovun adı "Ginnesin Rekordlar Kitabı"na yazılıb
sport

Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədovun adı "Ginnesin Rekordlar Kitabı"na yazılıb

20-05-2026 20:00 37 Views
IMG

Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

 

" Tvit.az" xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) "Report"a verilən məlumata görə, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

 

Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.

 

O, Gənclər və İdman Nazirliyinin, ASTF-nin rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.

 

Qeyd edək ki, sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.