Mingəçevirdə yol qəzası olub, yaralanan var.
"Tvit.az" xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Samux küçəsində baş verib. İki minik avtomobilinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü şəhər sakini Məmmədov Elman Yusif oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.