Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazandı
sport

“Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazandı

18-05-2026 20:00 87 Views
IMG

Futbol üzrə Azərbaycan II Liqasının qalibi bəlli olub.

"Tvit.az" xəbər verir ki, sonuncu - XXVII turda səfərdə "Şəmkir"ə 1:0 hesabı ilə qalib gələn "Xankəndi" I Liqaya vəsiqə qazanıb.

Komanda mövsümü 76 xalla bitirib.

Ən yaxın izləyici "Qaradağ Lökbatan" isə 71 xalla turnir cədvəlini ikinci pillədə başa vurub. Lökbatan klubu I Liqanı 9-cu sırada tamamlayan komanda ilə pley-offda qarşılaşacaq.