Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Belarus nüvə silahı üzrə təlimlərə başladı
dünya

Belarus nüvə silahı üzrə təlimlərə başladı

18-05-2026 12:00 59 Views
IMG

Belarusda hərbi hissələrin nüvə silahının döyüş istifadəsi və nüvə dəstəyi üzrə təliminə başlanılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə mayın 18-də Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

 

"Bu gün Silahlı Qüvvələrin xüsusi döyüş sursatları da daxil olmaqla müasir silahlardan istifadəyə hazırlığını artırmaq məqsədilə hərbi hissələr nüvə silahlarının döyüş istifadəsi və nüvə dəstəyi üzrə təlimlərə başlayıb", - deyə bildirilib.

 

Tədbirin məqsədinin şəxsi heyətin hazırlıq səviyyəsini artırmaq, silah və hərbi texnikanın tapşırıqları yerinə yetirməyə hazırlığını yoxlamaq və planlaşdırılmamış ərazilərdən döyüş istifadəsini təşkil etmək olduğu qeyd edilib.

 

Aysel Şirinova