Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya CENTCOM: İran limanlarının blokadası silah axınının qarşısını almağa kömək edir
dünya

CENTCOM: İran limanlarının blokadası silah axınının qarşısını almağa kömək edir

18-05-2026 09:00 107 Views
IMG

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq olunan dəniz blokadasının İran tərəfdarlarına silah axınının qarşısını almağa kömək etdiyini açıqlayıb.


Tvit.az xəbər verir ki, bunu CENTCOM-un sözçüsü Tim Hokins “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.


Onun sözlərinə görə, Vaşinqton İranın hər hansı yükü ölkəyə daxil etmək və ya ölkədən çıxarmaq cəhdlərini yaxından izləyir. Tim Hokins əlavə edib ki, ABŞ qüvvələri tələb oluna biləcək istənilən ehtiyat planına hazırdır.


Elmin Alışov