Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabahdan bu zolaqlara girmək qadağandır
sosial

Sabahdan bu zolaqlara girmək qadağandır

14-05-2026 19:00 19 Views
IMG

Sabahdan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bir sıra küçə və prospektində təşkil edilmiş müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minir.

Bu barədə "Tvit.az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Məlumata görə, həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.