Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsinin vacibliyini vurğulayıblar.
Tvit.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, tərəflər Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçirilən MDB ölkələri liderlərinin sammiti çərçivəsində görüşüblər.
Görüş zamanı ikitərəfli təmasların intensivliyi müsbət qiymətləndirilib və bu təmasların Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verdiyi qeyd olunub.
Tərəflər yaxın gələcəkdə Ermənistan-İran münasibətlərinin yeni mərhələyə yüksələcəyinə əminlik ifadə edib, həmçinin qarşıdakı dövrdə nəzərdə tutulan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.