Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER "Samsung"un ağıllı eynəklərinin təqdimat tarixi bəlli oldu
OTHER

"Samsung"un ağıllı eynəklərinin təqdimat tarixi bəlli oldu

13-05-2026 23:00 22 Views
IMG

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung", hər ilin iyul ayında keçirilən ənənəvi "Galaxy Unpacked" tədbirində bu il bir ilkə imza atmağa hazırlaşır. Şirkətin yeni nəsil qatlanan telefonları ilə yanaşı, maraqla gözlənilən ilk ağıllı eynəklərini də təqdim edəcəyi gözlənilir.

 

​Tvit.az xarici mediaya istinadən xəbər verir ki, "Seoul Economic Daily" qəzetinin sızdırdığı məlumata görə, "Samsung"un iyulun 22-də Londonda keçiriləcək tədbirində "Galaxy Glasses" (və ya Samsung Glasses) rəsmən nümayiş olunacaq.

 

Məlumata görə, cihazın hazırlanmasında "Gentle Monster" markası ilə dizayn, "Google" ilə isə proqram təminatı sahəsində əməkdaşlıq edilib.

 

Aysel Şirinova