Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER iPhone 17 əvvəlki nəsillərdən daha uzunömürlü ola bilər
OTHER

iPhone 17 əvvəlki nəsillərdən daha uzunömürlü ola bilər

06-05-2026 23:00 7 Views
IMG

​"Apple" şirkətinin ötən ilin sentyabrında təqdim etdiyi iPhone 17 seriyasının, xüsusilə standart modelin istehsal dövrünün əvvəlki nəsillərlə müqayisədə daha uzun çəkəcəyi iddia edilir. 2026-cı ilin ilk rübündə dünyanın ən çox satılan telefonu olan bu model, bazardakı mövqeyini qorumağa davam edir.

 

​Tvit.az xəbər verir ki, "Fixed Focus Digital"ın yaydığı məlumatlara görə, "Apple" adətən payız aylarında köhnə modellərin istehsalını azaltsa da, bu il strategiyasını dəyişə bilər. Şirkətin "Qara Cümə" alış-veriş dövrü üçün ehtiyatları 2026-cı ilin noyabr ayına qədər artırdığı bildirilir.

 

​“Apple-ın bu qərarı payızda keçiriləcək tədbirdə gözlənilən böyük dəyişikliklərlə bağlıdır. Şayiələr doğrudursa, bu il standart iPhone modeli təqdim olunmayacaq, yalnız iPhone 18 Pro və yeni qatlanan iPhone nümayiş etdiriləcək. Standart iPhone 18-in isə 2027-ci ilin əvvəlində təqdim edilməsi gözlənilir”, - deyə insayderlər qeyd edib.

 

​Məlumata görə, 120Hz ProMotion ekranı və A19 prosessoru ilə böyük uğur qazanan iPhone 17-nin istehsalının davam etdirilməsi, yeni nəsil standart model gələnə qədər bazardakı tələbatı qarşılamaq məqsədi daşıyır. Lakin rəsmi təsdiq olmadığı üçün bu məlumatların hələlik iddia səviyyəsində qaldığı vurğulanır.

 

Aysel Şirinova