Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Ən yaxşı kamerası olan smartfonlar - Siyahı
OTHER

Ən yaxşı kamerası olan smartfonlar - Siyahı

04-05-2026 19:00 28 Views
IMG

​Smartfon alarkən istifadəçilərin ən çox önəm verdiyi texniki göstəricilərdən biri də kamera keyfiyyətidir. 

 

Tvit.az xəbər verir ki, həm fotoqrafiya, həm də video çəkilişləri üçün ən yüksək standartları axtaranlar üçün DXOMARK platforması 2026-cı ilin may ayı üzrə ən son hesabatını dərc edib. 

 

Aparılan silsilə sınaqlar nəticəsində dünyanın ən güclü kamera performansına malik telefonları bəlli olub.

 

​Siyahının zirvəsində 175 xal toplayaraq əlçatmaz rekord qıran Huawei Pura 80 Ultra qərarlaşıb. Ondan dərhal sonra 171 xalla vivo X300 Pro gəlir və vizual keyfiyyətdə iddialı olduğunu sübut edir. Üçüncü pilləni isə hər biri 168 xal toplayan OPPO Find X8 Ultra və iPhone 17 Pro bölüşürlər.

 

​Rəqabət siyahının davamında da olduqca gərgin şəkildə hiss olunur. Belə ki, 167 balla vivo X200 Ultra beşinci, 166 balla isə OPPO Find X9 Pro və Xiaomi 17 Ultra növbəti yerləri tutur. Texnoloji yenilikləri ilə diqqət çəkən HONOR Magic8 Pro, qatlanan ekranlı Motorola Razr Fold və brendin lüks modeli olan Motorola Signature hər biri 164 xal toplayaraq dünyanın ən yaxşı 10 kameralı telefonu siyahısını tamamlayırlar.

 

Aysel Şirinova