Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER NVIDIA kompüter istehsalı sənayesində inqilabi satınalmaya hazırlaşır
OTHER

NVIDIA kompüter istehsalı sənayesində inqilabi satınalmaya hazırlaşır

14-04-2026 22:00 30 Views
IMG

Texnologiya nəhəngi NVIDIA-nın qlobal kompüter brendlərindən birini satın almasını planlaşdırdığı barədə məlumatlar yayılıb. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bir ildən artıqdır ki, iri bir istehsalçı ilə gizli danışıqlar aparır. 

 

Prosesin artıq kritik mərhələyə çatdığı bildirilsə də, tərəflər arasında hələlik yekun razılaşma əldə olunmayıb.

 

Bu strateji addım NVIDIA-nın bazar mövqeyini köklü şəkildə dəyişə bilər. İndiyədək əsasən qrafik kartları və süni intellekt infrastrukturu üzrə ixtisaslaşan şirkət, bu satınalma sayəsində aparat təminatının bütün mərhələlərinə nəzarət edən tam sistem istehsalçısına çevriləcək.

 

Aysel Şirinova