Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
sosial

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026 19:00 15 Views
IMG

Azərbaycanla "Microsoft" şirkəti arasında ölkədə sənaye və dövlət sektorunda rəqəmsal texnologiyaların tətbiqinə dair nümunələri nümayiş etdirən Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanları mazakirə edilib.

 

Tvit.az İqtisadiyyat Nazirliyinə istyinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin "Microsoft"un Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti Barbora Pauloviç Dekkerova ilə görüşündə baş tutub.

 

Tərəflər həmçinin rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının inkişafı, kadr potensialının artırılması ətrafında fikir mübadiləsi aparıb.


Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ölkədə innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji təcrübənin tətbiqi və digər sahələr üzrə əməkdaşlıq potensialı qeyd olunub.