Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Nəriman komandaya yeni nəfəs gətirəcək" - ABŞ klubunun meneceri
sport

Nəriman komandaya yeni nəfəs gətirəcək" - ABŞ klubunun meneceri

11-02-2026 09:00 19 Views
IMG

Nəriman komandaya yeni nəfəs gətirəcək. Həm texnikası, həm də çox çalışması bizim oyun tərzimizə tam uyğundur.

 

"Tvit.az" xəbər verir ki, bu sözləri ABŞ-ın "Kolombus Kryu" klubunun baş meneceri İssa Tall Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferi barədə danışarkən deyib.

 

O, 22 yaşlı hücumçunu komandada görməkdən şad olduqlarını bildirib: “Gənc olmasına baxmayaraq, o, artıq həm öz ölkəsində, həm Avropada, həm də milli komandada yaxşı təcrübə qazanıb. Onu komandamızda görməyə şadıq və bizimlə birlikdə necə daha da inkişaf edəcəyini maraqla gözləyirik”.

 

Qeyd edək ki, Nəriman Axundzadə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

 

Futbolçu Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

 

Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış hücumçu əsas millinin heyətində 13 matç keçirib.