Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Dağlarda baş verən müəmmalı ölümlər ölkə gündəmini zəbt edib - Bu ölkədə
OTHER

Dağlarda baş verən müəmmalı ölümlər ölkə gündəmini zəbt edib - Bu ölkədə

10-02-2026 23:00 18 Views
IMG

Bolqarıstan dağlarında altı nəfərin müəmmalı şəkildə həyatını itirməsi ölkədə ciddi rezonans doğurub. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan məlumatlar və rəsmi açıqlamalar fonunda iş ətrafında müxtəlif ehtimallar səsləndirilir.

 

Prokurorluq orqanları bildirir ki, aparılan məhkəmə-tibbi ekspertizalarının ilkin nəticələrinə əsasən, ölənlərdən ikisinin böyük ehtimalla qətlə yetirildiyi müəyyən edilib.

 

Mətbuatda artıq “Bolqarıstanın Twin Peaks-i” adlandırılan bu hadisə Şərqi Avropa ölkəsində misli görünməmiş bir cinayət işi kimi qiymətləndirilir.

 

Bolqarıstan Milli Polis Baş İdarəsinin direktoru Zahari Vaskov bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, sözügedən hadisə “ölkə tarixində analoqu olmayan bir işdir”.

 

Aysel Şirinova