Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Atalığını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib
sosial

Atalığını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

10-02-2026 13:00 26 Views
IMG

Maştağada atalığını qətlə yetirməkdə təqsirləndirilən E.Q-nın cinayət işi üzrə məhkəmədə şahidlər dindirilib. 

Tvit.az Unikala istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin xalası ifadə verib. 

"Mən bacımla qonşuyam. Hadisə günü təqsirləndirilən şəxs bizə gəldi və ona yemək verdim. Mən çörək zavodunda işlədiyim üçün 10 gün ardıcıl smendə oluram. Yolum uzaq olduğundan evdən tez çıxmalı oldum. Yusif zəng edib dedi ki Emin anamı döyür, söyür. 3-cü dəfə yığıb dedi ki əlimdən xata çıxacaq. Sonra yenə zəng edib ki dedi ki atalığımı öldürdüm".

Şahid Çimnaz Abbasova bildirib ki, atalığı təqsirləndirilən şəxsi dəfələrlə alçaldıb.

"Mənə hər zaman deyirdi ki, Emin anamı döyür. Sonuncu dəfə mənə zəng edib ki dedi ki, Emini vurmuşam" .

Təqsirləndirilən şəxsin anası Təhminə Abbasova bildirib ki, zərərçəkmiş onu hər zaman döyərək təhqir edib:

"Rəhmətliyə 5 manat verdim ki, yol pulu etsin. O, da o pulu aparıb arağa verib içdi. Hadisə günü o vəziyyətdə atasıgilə getmək istəyirdi, məndə narazılıq etdim. Məni yerə yıxıb döyməyə başladı və oğlum da mətbəxə keçib bıçaq götürdü. Yaşadığım Emil həmişə məni uşağın yanında söyürdü. Oğlum onu arxadan 2 bıçaq zərbəsi vurub. Mən onun mətbəxə keçib bıçaq götürdüyünü görmədim". 

Təqsirləndirilən şəxs E.Q isə bildirib ki, atalığını anasını döydüyü üçün öldürüb. 

"Mən onu qorxutmaq üçün bıçağa əl atdım. Ona 3-4 zərbə vurduqdan sonra dayandım. Anam üstümə gəldi bıçağı əlimdən alıb məni saldı yataq otağına. Əməlimdən peşmanam". 

Daha sonra hakim Roman Ələkbərli məhkəmə istintaqının yekunlaşdığı elan edib. 

Dövlət ittihamçısı Cövdət Mehrəliyev məhkəməyə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

Daha sonra məhkəmə hökmü elan edib. 

Hökmə əsasən təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 45 yaşlı Əliyev Emil Çingizoviç oğulluğu tərəfindən bıçaqlanaraq qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, E. Q yetkinlik yaşına çatmayandır. Qanunda isə yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilmir.