Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial FHN rəsmisi: Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb
sosial

FHN rəsmisi: Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb

10-02-2026 10:00 13 Views
IMG

Müəssisələrdə 2025-ci il ərzində yoxlama zamanı 14 min 992 qayda pozuntusu qeydə alınıb.

 

Report xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib.

 

Onun sözlərinə görə, 2025-ci il ərzində 3561 təhlükə potensiallı müəssisədə 37 min 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6 min 603 akt tartib edilib:

 

"Aktlarda 14 min 992 qayda pozuntusu qeydə alınıb, onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına qanunvericiliyə uyğun məhdudiyyət tətbiq edilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib".

 

Vüsal Ağayev bildirib ki, edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensialı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1087 ədəd Çıxarış təqdim edilib.

 

"Təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib. Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib. Müraciət edən şəxslərə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 3405 ədəd Şəhadətnamə verilib", - agentlik rəisi əlavə edib.