Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Spotify ötən il sənətçilərə nə qədər pul ödəyib? - Məbləğ
OTHER

Spotify ötən il sənətçilərə nə qədər pul ödəyib? - Məbləğ

29-01-2026 22:00 11 Views
IMG

Dünyanın ən populyar musiqi platforması olan Spotify sənətçilərə müntəzəm olaraq ödəniş edir. Şirkət 2025-ci il üçün məlumatları açıqlayıb və ötən il nə qədər ödəniş etdiyi məlum olub.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Spotify-ın rəsmi açıqlamasına görə, şirkət 2025-ci il ərzində musiqi sənayesinə 11 milyard dollardan çox royalti ödəyib. Bu, ötən illə müqayisədə 1 milyard dollar artım deməkdir. Bildirilir ki, bu, sənayenin ümumi gəlirinin 30%-ni təşkil edir

 

11 milyard dollardan çox vəsaitlə bağlı qeyd etmək vacib olan bir məqam var. Bu vəsait tamamilə musiqiçilərə və sənətçilərə çatmır. Həmçinin hüquq sahiblərinə də çatır. Sənətçilərdən başqa, ödənişlər distribyutorlara, səsyazma şirkətlərinə, naşirlərə və digər müxtəlif tərəflərə edilir.

 

Aysel Şirinova