Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
sosial

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

18-12-2025 22:00 8 Views
IMG

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

 

"Sabah saat 10:00-dan Pirşağı qəsəbəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Y.V.Çəmənzəmənli, A.Nemətulla, F.Yusifov, V.Əmirsayadov, H.Mirzəyev, R.Şıxəliyev və Z.Yusifzadə küçələrinin, Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələrinin, R.İsmayılov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.