Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İlham Əliyev: "Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır"
sosial

İlham Əliyev: "Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır"

14-10-2026 11:00 18 Views
IMG

"Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir".

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

 

"İndiyədək 1500 kilometrə yaxın yol tikilib, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilib. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib. Dəmir yollarının inşası davam etdirilir. Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır.

 

Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır. Regionda 1 yeni su anbarı tikilib və 5 su anbarı bərpa edilib, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilibr. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi bu infrastrukturun qurulmasında əsas istiqamətlərdən biridir", - deyə müraciətdə qeyd olunub.