Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah bu şəhərdə elektrik olmayacaq
sosial

Sabah bu şəhərdə elektrik olmayacaq

17-12-2025 18:00 40 Views
IMG

Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neftibaza–FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

 

“Azərişıq” ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı Satış İdarəsindən Tvit.az-a bildirilib ki, təmir işləri saat 10-dan 13-dək davam edəcək. Bu müddət ərzində Culfa şəhəri ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

 

Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.