Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Gizir Xanı"ya şəhidlik statusu verildi
sosial

"Gizir Xanı"ya şəhidlik statusu verildi

15-12-2025 22:00 47 Views
IMG

Ağdamda minaya düşərək həlak olan Səyyaf Əhmədov ("Gizir Xanı") şəhidlik statusu alıb.

 

Tvit.az "Teleqraf"a istinadən xəbər verir ki, sentyabrın 23-də rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.

 

Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyiblər.

 

Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsinə də könüllü qatılıb.