Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır
sosial

Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır

15-12-2025 20:00 37 Views
IMG

Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb. Azyaşlı ərazi üzrə polis orqanına gətirilib.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.