Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi - SİYAHI
sosial

Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi - SİYAHI

15-12-2025 16:00 46 Views
IMG

Azərbaycanla Surinam arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Tvit.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.
 

Qanuna əsasən, 2025-ci il sentyabrın 22-si Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.Azərbaycanla Qvineya-Bisau arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib. Azərbaycanla Bəhreyn Krallığı arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.