Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda bu tarixə qədər yağış yağacaq - Xəbərdarlıq
sosial

Bakıda bu tarixə qədər yağış yağacaq - Xəbərdarlıq

06-12-2025 16:00 21 Views
IMG

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir.

"Tvit.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.