Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu Avropa təhlükəsizliyi üçün ən əhəmiyyətli danışıqlardır - NATO
dünya

Bu Avropa təhlükəsizliyi üçün ən əhəmiyyətli danışıqlardır - NATO

05-12-2025 20:00 16 Views
IMG

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar XXI əsrdə Avropa təhlükəsizliyi üçün ən əhəmiyyətli danışıqlardır. 

Tvit.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat verib.

"Düşünürəm ki,  bu əsrdə Avropa təhlükəsizliyi üçün ən mühüm danışıqlar məhz bunlardır", - qəzet yazıb.

Qəzetin qeyd etdiyinə görə, ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi Aİ-ni çətin vəziyyətə salır və birlik daxilində etimadsızlıq yaradır. Bunun səbəbi isə Brüsselin fikrincə, Ağ Evin rəhbəri Donald Trampın Ukrayna məsələsinə dair baxışının Rusiya lideri Vladimir Putinin mövqeyi ilə üst-üstə düşməsidir.

WP xatırladır ki, bundan əvvəl Der Spiegel yazmışdı: Almaniya kansleri Mers ABŞ-ın davranışlarını ‘oyun’ adlandırıb, Fransa prezidenti Emmanuel Makron isə ABŞ-ın Ukraynanı tərk edə biləcəyi barədə xəbərdarlıq edib.

Aysel