Hindistan və Rusiya dərin etimad nümayiş etdirərək, Ukrayna ilə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparır.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi bildirib.
"Biz ardıcıl olaraq sülhün sürətli bərqərar olmasını dəstəkləyirik. Hamımız birlikdə çalışmalıyıq",- deyə Hindistan lideri vurğulayıb.
Elmin Alışov