İspaniya, İrlandiya, Niderland və Sloveniya Avropa Yayım İttifaqının (EBU) Baş Assambleyasının İsrailə icazə verməsi qərarından sonra Eurovision Mahnı Müsabiqəsindən çəkilməyə qərar veriblər.
Tvit.az xəbər verr ki, bu barədə Boykot "Mash" telegram kanalı məlumat yayıb.
Belə ki, Eurovision 2026 bu ölkələrin iştirakı olmadan keçiriləcək, çünki əvvəllər Qəzza zolağında baş verən münaqişələr səbəbindən İsrailin müsabiqəyə qatılmasına qarşı çıxmışdılar. Bu ölkələrdəki yayımçılar da müsabiqəni yayımlamaqdan imtina etdilər.
Eurovision-da iştirak 31 ölkə tərəfindən təsdiqlənib. Eyni zamanda, İslandiya və Belçikada yayımçılar bu məsələ ilə bağlı hələ qərar verməyiblər və iştiraklarını təsdiqləyən ölkələr də bu qərarı rədd edə bilərlər.
Aysel Şirinova