Tədqiqatın nəticələri Avropalıların 69 faizinin ölkələrinin Rusiya ilə mümkün hərbi qarşıdurmada kifayət qədər müdafiə gücünə sahib olmadığını düşündüyünü göstərib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Ukrayna-Rusiya müharibəsindən sonra Avropada təhlükəsizlik anlayışı getdikcə daha çox narahatlıq üzərində qurulmağa başlayıb.
Ölkələr üzrə qiymətləndirmədə ordusuna ən çox güvənilən ölkənin Fransa olduğu müəyyən edilib. Buna baxmayaraq, Fransada belə respondentlərin yalnız 44 faizi ölkəsinin Rusiyaya qarşı hərbi cəhətdən yetərli olduğunu bildirib.
Güvənin ən aşağı olduğu ölkələr arasında Belçika, İtaliya və Portuqaliya yer alıb. Bu ölkələrdə sorğuda iştirak edənlərin 85–87 faizi ordularının Rusiyaya qarşı dayana bilməyəcəyini deyib.
Anket həmçinin Avropa ictimaiyyətində yalnız hərbi potensiala deyil, ümumi təhlükəsizlik mühitinə dair də ciddi narahatlıq olduğunu ortaya qoyub.
Aysel