Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Qarabağ" - "Ayaks" oyununun biletlərinin əksəriyyəti satılıb
sport

"Qarabağ" - "Ayaks" oyununun biletlərinin əksəriyyəti satılıb

04-12-2025 18:00 14 Views
IMG

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb.

 

Tvit.az-ın məlumatına görə, 10, 15, 25, 35 manatlıq biletlər tükənib.

 

Satış saat 15:00-da başlanıb. 40, 50, 75 manatlıq, həmçinin VIP və VVIP sektorlar üçün biletlər qalıb.

 

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

 

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.