Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya–NATO Şurasının ləğv edildiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Artıq Rusiya–NATO Şurası mövcud deyil. Bu, Polşa hökumətinin nail olmağa çalışdığı bir məsələ idi və indi bu, fakt olaraq gerçəkləşdi”, - deyə o, bildirib.
Sikorski əlavə edib ki, Avropa təhlükəsizliyinin guya Rusiya ilə birlikdə qurula biləcəyi zamanlar artıq keçib.
Aysel Şirinova

