Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiyaya Hindistandan gələnlərin sayı artıb
dünya

Rusiyaya Hindistandan gələnlərin sayı artıb

03-12-2025 20:00 12 Views
IMG

Rusiyaya turist axınında ən böyük artım yanvar-sentyabr aylarında Vyetnam və Hindistandan baş verib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Vyetnam, Hindistan və Səudiyyə Ərəbistanı Rusiyaya turist axınında ən yüksək artım tempi baş tutub.

 Bildirilib ki, eçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 38,3%, 31,6% və 20,5% artıb.

Bundan əlavə, Rusiyaya turist axını İtaliya (+10,4%), Koreya Respublikası (+5,4%) və Kubadan (+2,7%) artıb. Eyni zamanda, Rusiyaya ən çox xarici turist gətirən ölkələrdən turist axını azalıb. Konkret olaraq, Çindən turist səfərlərinin sayı illik müqayisədə 7,8% azalaraq 934,7 minə,  Monqolustandan isə 11,5% azalaraq 234,7 minə çatıb.

Aysel Şirinova